Hollivudun əfsanəvi aktyorlarından Robert De Niro bu dəfə film çəkilişləri ilə deyil, sevimli ev heyvanları ilə gündəmə gəlib. 83 yaşlı sənətkar “L’Officiel” jurnalının fotosessiyası üçün üç iti – Henri, Con və Bobbi ilə birlikdə kamera qarşısına keçib.
Baki-baku.az xəbər verir ki, jurnalın saytında yayımlanan fotolarda aktyor fərqli obrazlarda və dördayaqlı dostları ilə səmimi anlarda əks olunub.
Kadrların birində De Niro boz yun palto və qara boğazlı sviterdə, qucağında kürkü qızılı-qırmızı çalarlı itlərindən biri ilə poz verib. Digər fotoda isə qara köynək və şalvarda yazı masasının arxasında əyləşib. Masanın üzərindəki it də sahibinin geyim tərzinə uyğun rəng çalarları ilə diqqət çəkib.
Fotosessiyanın daha bir maraqlı kadrında aktyor tünd boz trikotaj jaket və köynəkdə, krem rəngli şpitsi qucağında əyləşdirərək obyektiv qarşısına keçib.
De Nironun bu fotoları onun sənət dünyasından kənardakı həyatına da maraq yaradıb. Aktyorun ev heyvanları ilə səmimi görüntüləri pərəstişkarlarının diqqətindən yayınmayıb.
Xatırladaq ki, noyabr ayında Robert De Niro 47 yaşlı sevgilisi ilə birlikdə yeni komediya filmi “Fokkerlərlə tanışlıq: Yeni fəsil”in premyerasında görüntülənib. Aktyor filmdə əsas rollardan birini ifa edib.