Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/26/2026

Paylaşın

GÜNDƏM

Bakıda yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov, 89 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətində Baki-baku.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən mənzildə baş verdiyi məlum olub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 81m² olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10m² sahədə yanıb.
Mənzilin digər otaqları və qonşu mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az-ın araşdırmasına görə, Londonun məşhur “Old Bailey” məhkəməsində keçirilən proseslər böyük ictimai marağa səbəb olurdu.

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az “Android Authority” nəşrinə istinadən jurnalisti Robert Triggs müxtəlif qiymət kateqoriyalarına aid smartfonların kameralarını müqayisə

HƏR ŞEYDƏN

Baki-baku.az “Android Authority” nəşrinə istinadən jurnalisti Robert Triggs müxtəlif qiymət kateqoriyalarına aid smartfonların kameralarını müqayisə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin