Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq.
Baki-baku.az-ın məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.
Onun sözlərinə görə, filmlər Azərbaycan irsinə səyahət silsiləsinin başlanğıcıdır.
Layihə çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filmi, “İşquz dövləti” bədii-sənədli filmi və “Memar Əcəmi: Daşlara yazılan tale” bədii-sənədli filmi ərsəyə gətirilib.