Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2026

Paylaşın

HƏR ŞEYDƏN

Qida zəhərlənməsinin böyüklərdə müşahidə olunan 10 əsas əlaməti

Qida zəhərlənməsi, Qida, Zəhərlənmə

Qida zəhərlənməsi insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Vaxtında aşkar edilmədikdə qusma və ishal nəticəsində orqanizmdə maye itkisi – susuzlaşma baş verə bilər.

Baki-baku.az xəbər verir ki, qida zəhərlənməsinə əsasən yararsız və xarab olmuş qidaların qəbulu, eləcə də bakteriya və viruslar, onların ifraz etdiyi toksinlər səbəb olur. Xəstəlik törədiciləri qida vasitəsilə orqanizmə daxil olaraq çoxalır və müxtəlif narahatlıqlar yaradır.

Mütəxəssislərin diqqət çəkdiyi əsas əlamətlər bunlardır:

Qarın nahiyəsində ağrı;

Bədən hərarətinin yüksəlməsi;

Ürəkbulanma;

Qusma;

Tez-tez təkrarlanan, sulu və kəskin qoxulu ishal;

Baş ağrısı və halsızlıq;

Qızdırma;

Üşütmə və titrətmə;

Başgicəllənmə;

Dərinin solğunlaşması və ümumi narahatlıq.

Qida zəhərlənməsi zamanı xüsusilə qusma və ishal nəticəsində yaranan maye itkisinə diqqət yetirmək lazımdır. Susuzlaşmanın qarşısını almaq üçün maye qəbul etmək vacibdir.

Əgər qusma və ishal şiddətlidirsə, maye qəbul etmək mümkün olmursa, sidik azalırsa, güclü başgicəllənmə, huşda dəyişiklik və ya yüksək hərarət müşahidə edilirsə, dərhal tibbi yardım almaq lazımdır.

Unutmaq olmaz ki, qida zəhərlənməsinin əlamətlərini vaxtında tanımaq və düzgün tibbi yardım almaq mümkün ağırlaşmaların qarşısını almağa kömək edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi

Ən son

GÜNDƏM

Azərbaycan Respublikası Media və Yayım Şurasının (MEDİA) müsabiqələrinin keçirilməsi qaydalarındakı yeniliklər məlum olub.

GÜNDƏM

Azərbaycan Respublikası Media və Yayım Şurasının (MEDİA) müsabiqələrinin keçirilməsi qaydalarındakı yeniliklər məlum olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin