Nəşr edilmişdir 12/09/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Tullantı plastikdən sabunlar, skrablar və kremlər hazırlanacaq

Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları bioparçalanan polimerlərdən mikrohissəciklərin istehsalı üçün unikal metodika hazırlayıblar.
Baki-Baku.az bu barədə institutun mətbuat xidmətindən verilən məluamat istinadən xəbər verir.
Məlumata görə, bu innovasiya eyni anda iki kəskin ekoloji problemi həll etməyə yönəlib – həm planetin plastik tullantılarla çirklənməsinin qarşısını almağa və həm də asanlıqla utilizasiya olunan materialların yaradılmasına.
Yeni mikrohissəciklər sabun, yuyucu vasitələr və kosmetika istehsalında istifadə üçün idealdır. Onların əsas üstünlüyü ətraf mühitə düşdükdə mikroblar tərəfindən tez parçalanma qabiliyyətidir. Bu o deməkdir ki, belə komponentləri olan məhsullar tullantı şəklində toplanmayacaq və ekosistemlərə zərər vurmayacaq.
Qeyd edək ki, alimlər bioparçalanan polimerlərin bir neçə variantını hazırlayıblar. Onlardan biri skrablar, kremlər və makiyaj təmizləyici vasitələrin hazırlanmasında əla nəticələr göstərib. Digər polimer növü vitaminlərin və qida maddələrinin dəri və orqanizm toxumalarına çatdırılması üçün istifadə edilə bilər.
Artıq dünyanın ən böyük kosmetika istehsalçıları bu işlənməyə maraq göstəriblər və yaxın zamanda könüllülərin iştirakı ilə birgə sınaqlar planlaşdırılır.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 28 sentyabr 2004-cü il tarixli qərarında dəyişiklik edib.Baki-Baku.az

Ən son

GÜNDƏM

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtını

İQTİSADİYYAT

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305

GÜNDƏM

Biz də sizə hədiyyə seçimində nəyi seçməli və nəyi etməməli olduğunuzu göstərən kiçik bir bələdçi