Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2026

Paylaşın

HƏR ŞEYDƏN

Nöqtə və tirelərlə sevgi etirafı: Edisonun Morze əlifbası ilə etdiyi qeyri-adi evlilik təklifi

Tomas Edison Mina Millerə qeyri-adi üsulla evlilik təklifi edib: Morze əlifbasından istifadə edərək barmağı ilə onun ovcuna döyəcləyib və bu üsulla sualı çatdırıb. Mina mesajı anlayıb və eyni üsulla qısa bir “hə” cavabı verib. Bu hadisə 1885-ci ilin yayında ABŞ-nin Nyu-Hempşir ştatındakı Ağ dağlara (White Mountains) səfər zamanı baş verib.

Bu ünsiyyət üsulunu Minaya ixtiraçının özü öyrədib. Qısa və uzun siqnalların birləşməsi onlara ətrafdakılardan gizli danışmağa imkan verirdi. Edison sonralar xatirələrini danışanda deyirdi ki, hətta karetada yanlarında daha üç nəfər oturanda belə bir-birinə nəvazişli sözlərlə müraciət edə bilirdilər.

Morze əlifbası Edison üçün tanış bir dil idi: o, uzun illər teleqraf avadanlıqları ilə işləmişdi. İndi isə onun bu bacarığı laboratoriyadan kənarda da işinə yarayırdı. Şəxsi yazışma üçün nə kağıza, nə də naqillərə ehtiyac vardı — əllə toxunmaq kifayət edirdi.

Adətən bütün diqqətini işinə yönəldən Edison Mina Millerə o dərəcədə vurulmuşdu ki, fikri tez-tez yayınırdı. Edison gündəliyində bir dəfə qadını düşünərkən az qala tramvayın altında qalacağını yazmışdı. Ardınca da zarafat etmişdi: belə davam etsə, bədbəxt hadisələrdən sığortalanmalı olacaq.

Yeri gəlmişkən, Mina da ixtiraçı ailəsində böyümüşdü: atası Lyuis Miller texniki yeniliklər üzərində işləyirdi. Qızın razılığını aldıqdan sonra Edison dövrün adətinə uyğun olaraq onun atasına məktub yazıb evlənmələrinə icazə istəmişdi.

Toy 1886-cı il fevralın 24-də Ohayo ştatının Akron şəhərində baş tutub. Mina Edisonun ikinci həyat yoldaşı olub. Onların nişanlanma hekayəsi isə adi bir peşə bacarığının ən gözlənilməz söhbətdə belə işə yaraya biləcəyini göstərən bir nümunə kimi yadda qalıb.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin