Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/23/2026

Paylaşın

GÜNDƏM

“Uşaq dünyası” stendində balaca oxucular üçün kitab bayramı

“Uşaq dünyası”

22 oktyabr 2026-cı il tarixində XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günündə F. Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq dünyası” adlı stendində uşaqların mütaliəyə marağının artırılması, kitabın təbliği və mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, eləcə də mütaliənin uşaqların dünyagörüşünün formalaşmasında əhəmiyyətinin vurğulanması məqsədilə müxtəlif tədbirlər keçirilib. Gün ərzində uşaq yazarları Çinarə Köçərli və Aygün Bünyadzadə ilə görüşlər keçirilib, müəlliflərin kitabları oxuculara təqdim edilib.

Baki-baku.az xəbər verir ki, tədbirlərdə “Balaca Şahzadə” uşaq bağçasının balaca fidanları, “İdrak” liseyi, 144, 221, 156, 333 və 70 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.

Günün diqqətçəkən məqamlarından biri Çinarə Köçərlinin “Marya işıltısı” kitabının təqdimatı və əsər əsasında hazırlanmış səhnəciyin nümayişi olub. Balaca iştirakçıların ifasında təqdim olunan səhnəcik sərgi ziyarətçilərinin marağına səbəb olub, uşaqların yaradıcılıq qabiliyyətlərinin, səhnə mədəniyyətinin və bədii ədəbiyyata marağının inkişafına töhfə verib.

Tədbir çərçivəsində uşaq yazarı Aygün Bünyadzadənin “Qara pambığın sərgüzəştləri” kitabının da təqdimatı keçirilib. Təqdimatın əsas məqsədi uşaqlarda kitaba marağı artırmaq, mütaliə vərdişlərini inkişaf etdirmək və onları bədii ədəbiyyatın zəngin dünyası ilə tanış etmək olub.

Bununla yanaşı, sərgi çərçivəsində məktəblilərin bilik və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş viktorinalar təşkil edilib. Bu cür intellektual oyunlar uşaqlarda mütaliəyə marağın artırılması, öyrənməyə həvəsin gücləndirilməsi və kitablar vasitəsilə yeni biliklərin əldə olunmasının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, sərgi ziyarətçiləri arasında keçirilən rəy sorğusunda məktəblilər fəallıq göstəriblər. Sorğu uşaqların kitab, mütaliə və kitabxana xidmətləri ilə bağlı fikir və münasibətlərinin öyrənilməsi, onların mütaliə maraqlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.

Qeyd edək ki, F. Köçərli adına Respublika Uşaq Kitabxanası XII Bakı Beynəlxalq Kitab Sərgisi boyunca fəaliyyətini davam etdirərək uşaqların mütaliəyə marağının artırılması, kitabın təbliği və onların mütaliə mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib

Ən son

Mədəniyyət

Oktyabrın 24-də Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə “Torpaq” adlı qrup sərgisi açılacaq.

Mədəniyyət

Oktyabrın 24-də Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə “Torpaq” adlı qrup sərgisi açılacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin