Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/22/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva Özbəkistanda keçirilən Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresdə çıxış edib

Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqres

Oktyabrın 21-22-də Özbəkistanın Səmərqənd şəhərində “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” mövzusunda Ümumdünya Sammiti keçirilib.

Sammitin açılış mərasimində Özbəkistan, Qırğızıstan, Türkiyə, Livan və Zimbabvenin birinci xanımları, eləcə də beynəlxalq təşkilatların yüksəkvəzifəli nümayəndələri çıxış ediblər.

Sammit çərçivəsində təşkil olunan tədbirlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Anar Bayramov iştirak ediblər.

Səhiyyə Nazirliyindən Baki-baku.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşaqların rifahına investisiya” Ümumdünya Sammiti çərçivəsində keçirilən “Sağalmaqdan həyat keyfiyyətinə doğru” şüarı altında Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında çıxış edib.

100-dən çox ölkədən 600-dən artıq nümayəndənin iştirak etdiyi sammitdə uşaqların sağlamlığının qorunması, sosial rifahının və inkişafının təmin edilməsi, eləcə də uşaq onkologiyası sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Sammit çərçivəsində keçirilən “Gələcək nəsillərə investisiya: uşaqların ehtiyaclarına həssas sosial müdafiə sistemləri” mövzusunda 2-ci plenar sessiyada çıxış edən səhiyyə naziri Anar Bayramov Azərbaycanda uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Nazir çıxışında qeyd edib ki, bu siyasət ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə əsaslanır və Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və Heydər Əliyev Fondunun layihələri də uşaqların sağlamlığının, təhsilinin və sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir.

Anar Bayramov uşaqların sağlamlığının qorunmasına yönəlmiş tədbirlərin insan kapitalının gücləndirilməsi və dayanıqlı inkişafın təmin olunması baxımından strateji əhəmiyyətini də vurğulayıb.

Sammitin yekununda uşaqların sağlamlığı, sosial müdafiəsi və inkişafı sahəsində beynəlxalq əməkdaşlığın prioritetlərini əks etdirən “Səmərqənd Bəyannaməsi” qəbul olunacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mühəndishaneyi-Bərrayi Hümayunun ustadları tərəfindən çəkilən rəsmlərlə süslənən qübbələr zahirən bir-birinə bənzəsələr də, mahiyyəti etibarı ilə fərqli xüsusiyyətlərə malikdir

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az oxucularına təbiətdən, elmdən və gündəlik həyatımızda rastlaşdığımız əşyalardan bəhs edən maraqlı faktları təqdim edir.

HƏR ŞEYDƏN

Baki-baku.az oxucularına təbiətdən, elmdən və gündəlik həyatımızda rastlaşdığımız əşyalardan bəhs edən maraqlı faktları təqdim edir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin