Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/22/2026

Paylaşın

GÜNDƏM

“Uşaq Dünyası” stendində uşaq yazarları ilə görüş keçirilib

“Uşaq Dünyası” stendi

21 oktyabr 2026-cı il tatixində F. Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Beynəlxalq Kitab sərgisi çərçivəsində “Uşaq Dünyası” adlı stenddə uşaq yazıçıları Elvira Məmmədova və Elnarə Cahanın oxucularla görüşü təşkil olunub.

Baki-baku.az xəbər verir ki, sərgi çərçivəsində uşaqların mütaliəyə marağının artırılması, uşaq ədəbiyyatının təbliği və oxucuların yeni nəşrlərlə tanışlığının təmin edilməsi məqsədilə müxtəlif tədbirlər təşkil olunub. Proqram çərçivəsində uşaqlar müəlliflərlə görüşlərdə, kitab təqdimatlarında, imza mərasimlərində, viktorinalarda və digər interaktiv fəaliyyətlərdə iştirak ediblər.

Sərginin ilk günündə yazıçı Elvira Məmmədova “Düymə” kitabını, yazıçı Elnarə Cahan isə “Şuşada yay tətili” adlı kitabını təqdim edib. Təqdimatlar zamanı müəlliflər əsərlərin məzmunu və ideyası haqqında məlumat verib, uşaqların suallarını cavablandırıb və onlarla fikir mübadiləsi aparıblar. Görüşlər uşaqların müasir uşaq ədəbiyyatı ilə yaxından tanış olmasına və müəlliflərlə ünsiyyət qurmasına şərait yaradıb.

Tədbirlərdə Buckswood School, IDA Preschool, Brave Kids və digər təhsil müəssisələrinin şagirdləri fəal iştirak ediblər. Həmçinin Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbinin, 187, 247, 283 və 308 nömrəli məktəblərin, eləcə də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları kitab təqdimatlarına, imza mərasimlərinə, viktorinalara və digər interaktiv proqramlara cəlb olunublar.

Bununla yanaşı, F. Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən sərgi çərçivəsində “Kitabla böyüyürəm” adlı rəy sorğusu keçirilib. Sorğunun məqsədi uşaqların kitaba və mütaliəyə münasibətini, oxu maraqlarını, eləcə də kitabxana xidmətləri ilə bağlı fikir və təkliflərini öyrənmək olub. Sorğu vasitəsilə uşaqların mütaliə vərdişlərinin və ədəbiyyata maraqlarının öyrənilməsi, onların ehtiyac və gözləntilərinin müəyyənləşdirilməsi istiqamətində məlumatların toplanması nəzərdə tutulub.

Qeyd edək ki, oktyabrın 27-dək davam edəcək XII Bakı Beynəlxalq Kitab Sərgisi nəşriyyat sahəsinin nümayəndələrini, müəllifləri və oxucuları bir araya gətirən mühüm mədəniyyət platforması olmaqla yanaşı, kitab və mütaliə mədəniyyətinin təbliği, uşaq ədəbiyyatına marağın artırılması və müəlliflərlə oxucular arasında ünsiyyətin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva konqresin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib, uşaqlarda

Ən son

GÜNDƏM

Metronun "Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri sabah yekunlaşacaq.

GÜNDƏM

Metronun "Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri sabah yekunlaşacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin