Bu ilin yanvar–sentyabr aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 21 939 nəfər sərnişin daşıyıb.
Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur. Belə ki, 2025-ci ilin 9 ayında daşınan sərnişinlərin sayı 19 289 nəfər olub.
Sentyabrda isə sərnişin daşınması 1 il əvvələ nisbətən 40 % artıb. Ötən ay ASCO 2 907 nəfər sərnişin daşınıb.
2025-ci ilin sentyabrında bu rəqəm 2 076 olub.