NASA-nın “Perseverance” aparatı Marsın səthində süni strukturlara bənzəyən obyektləri qeydə alıb. Görüntülər yerdənkənar həyat ehtimalları ilə bağlı müzakirələrə səbəb olub.
Baki-baku.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Ufoloq Skott K. Uorinq fotolardan birində qədim sivilizasiyaya aid ola biləcəyini iddia etdiyi “portal” və piramidayabənzər obyekt gördüyünü bildirib.
Görüntü əslində 2021-ci ildə “Perseverance” aparatının kameraları ilə çəkilmiş Yezero kraterinin panoramasıdır. Alimlər bu ərazini milyardlarla il əvvəl burada mövcud olmuş gölün izlərinə görə qədim mikrob həyatının araşdırılması baxımından əhəmiyyətli hesab edirlər.
Lakin Marsda qeydə alınan obyektlərin süni mənşəli olduğunu təsdiqləyən heç bir elmi sübut yoxdur. NASA bu cür görüntülərdəki qeyri-adi formaların süxurlarda çatlar və aşınma nəticəsində yarana biləcəyini daha əvvəl izah edib.