Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/10/2026

Paylaşın

Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondu və Türk Dünyası Vəqfi ortaq irsin təbliği istiqamətində səylərini birləşdirir

Türk Mədəniyyəti və İrsi Fondu və Türk Dünyası Vəqfi, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dünyası Vəqfi

8 oktyabr 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Prof. Dr. Aktotı Raimkulova ilə Türk Dünyası Vəqfi Himayəçilər şurasının sədri Prof. Dr. Nabi Avcı arasında görüş baş tutub.

Baki-baku.az xəbər verir ki, görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dünyası Vəqfi arasında mövcud olan səmərəli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri, eləcə də yaxın gələcəkdə icrası nəzərdə tutulan bir sıra birgə mədəni və elmi layihələr ətraflı müzakirə olunub.

Görüşün ən əlamətdar məqamı kimi, Prof. Dr. Nabi Avcı Türk dünyasının mədəni-humanitar əməkdaşlığının inkişafına, ortaq mənəvi dəyərlərinin qorunması və təbliğinə verdiyi dəyərli töhfələrə görə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı ilə təltif edilib.

Təltifatı təqdim edən Prof. Dr. Aktotı Raimkulova Nabi Avcının Türk dünyasının birlik və bərabərliyinə xidmət edən səmərəli fəaliyyətini xüsusi vurğulayaraq, onun zəngin təcrübəsi və elmi-mədəni irsə verdiyi töhfələrin yüksək qiymətləndirildiyini qeyd edib.

Öz növbəsində Prof. Dr. Nabi Avcı Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasında həmrəyliyin gücləndirilməsi sahəsindəki fəaliyyətini təqdir edərək, birgə mədəni-humanitar təşəbbüslərin və layihələrin bundan sonra da uğurla davam etdirilməsinə tam dəstək ifadə edib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə başa çatıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Ən son

Mədəniyyət

Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında

Mədəniyyət

Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin