Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/10/2026

Paylaşın

Mədəniyyət

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olunub

Almaz Ələsgərova

Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşası növbəti dəfə oynanılıb.

Baki-baku.az xəbər verir ki, səhnə əsərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən ictimai-siyasi hadisələrin, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi zərbələrin acı nəticələri ustalıqla əks olunur.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Çimnaz Bağırovadır.

Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar Səmədzadə Xasiyev, Gültac Əlili, Mehriban Zaliyeva, Nicat Əli, Faiq Mirzəyev, Elnarə Nağdəliyeva, Elçin İmanov, Elxan İsmayılov, Əli Kərimov, Rəşad Rüstəmov, Kamil Cəfərov, Atilla Məmmədov, Nihat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.

Alqışlarla qarşılanan tamaşanın sonunda Əməkdar artist Almaz Ələsgərova 60 illik yubileyi münasibətilə teatr rəhbərliyi və kollektivi adından təbrik edilib. Sənətkara teatrın, eləcə də Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Fəxri fərmanları təqdim olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin yaradıcılıq məsələləri üzrə müavini, Xalq artisti İlham Namiq Kamal da yubilyarı təbriklərini bildirib, təmsil etdiyi qurumun adından ona “Teatr fədaisi” medalını təqdim edib.

Xatırladaq ki, Almaz Ələsgərova teatrın repertuarına 2025-ci ildə daxil edilən bu musiqili dramda Cahan xala obrazının ifaçılarından biridir.

Tamaşanı akademik Kamal Abdulla ilə yanaşı, onun rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetində keçirilən IV Beynəlxalq türk dili və ədəbiyyatının tədrisi simpoziumunda iştirak üçün Bakıda qonaq olan Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun rəhbəri, professor Əhməd Bican Ərcilasun, professor İsmət Çətin, Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökxan Seyxan, Qazi Universitetinin türk dili və ədəbiyyatı təhsil bölməsinin professoru Xəlil Çəltik, İstanbul Universiteti Qədim yunan dili və ədəbiyyatı kafedrasının professoru Ərman Görən, Varşava Universitetinin professoru Danuta Xmelyovska və ictimaiyyət nümayəndələri izləyiblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Ən son

Mədəniyyət

Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında

Mədəniyyət

Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin