Azərbaycan cüdoçusu Camal Qamzatxanov Bakıda təşkil olunan dünya çempionatına qələbə ilə start verib.
Baki-baku.az xəbər verir ki, o, 1/32 finalda Çili cüdoçusu Fransisko Solisi ipponla məğlub edib.
C.Qamzatxanov 1/16 finalda Nikita Sviridlə (Xorvatiya) qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.