Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/25/2026

Paylaşın

Mədəniyyət

Sumqayıt teatrında “M.S.S” hazırlanır

“M.S.S”

Sumqayıt Dövlət Dram Teatrında tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “ M. S. S. – mən səni sevirəm” pyesi əsasında “M.S.S.” tamaşası hazırlanır

Baki-baku.az xəbər verir ki, “M.S.S.” adı ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ümüd Abbaszadə, bəstəkarı Telman Qəniyev, quruluşçu rəssamları Arif Müzəffərov və Nizami Dadaşev, rejissor assistentləri isə Ləman Məmmədli və Fazilə Rzayevadır.

Səhnə əsərində obrazları Əməkdar artistlər İlahə Səfərova, Xatirə Süleymanova, Sədaqət Nuriyeva və Elmira Kərimova, aktyorlar Şəhla Məmmədova, Gülnarə Qədirova, Vəfa Qurbanova, Mətləb Səfərli, Rövşən Əsgərov,Yeganə Məmmədvəliyeva, Sevda Cəlilova, Şəms Abdullayeva, Emil Həmidov, İlahə Səfərova, Məryəm Hüseynli, Günəş Bağırova, Kamran Muradlı və Elmir Mehtiyev canlandırırlar.

Tamaşanın süjet xətti məktəb mühiti, müəllim və şagird münasibətləri, insan həyatında iz buraxan duyğular və gözlənilməz ayrılıqlar üzərində qurulub. Əsərin əsas qəhrəmanı Sabah müəllimə üçün məktəb yalnız çalışdığı məkan deyil, həyatının mühüm bir hissəsidir. O, burada illər ərzində şagirdləri ilə mənəvi bağ qurub, onların həyatına toxunub və məktəbi öz dünyasının ayrılmaz parçasına çevirib. Lakin gözlənilməz xəstəlik Sabah müəllimənin həyatında hər şeyi dəyişir. Sevdiyi şagirdlərdən və illərlə qurduğu dünyadan ayrılmaq məcburiyyətində qalan müəllimənin gedişi məktəbdə dərin iz buraxır. Bu ayrılıq uşaqlar üçün də həyatın, sevginin və insan münasibətlərinin fərqli tərəflərini anlamağa səbəb olur.“M.S.S.”də müəllim və şagird münasibətləri yalnız təhsil çərçivəsində deyil, insan həyatında yaranan mənəvi bağlılıq kontekstində təqdim edilir.
Tamaşanın premyerası yaxın aylarda nəzərdə tutulur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının sayca onuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Dənizkənarı Milli Parkın ərazisində klassik avtomobillərin

Ən son

GÜNDƏM

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan “Neuberger Berman”ın sədri

GÜNDƏM

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan “Neuberger Berman”ın sədri
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin