Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2026

Paylaşın

İdman

Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub

Puta qəsəbəsi, Qaradağ rayonu, "Puta" idman zalı

Qaradağ rayonunun Puta qəsəbəsində “Puta” idman zalı və minifutbol meydançasının açılışı olub.

Bu barədə Baki-baku.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Açılış mərasimində nazir Fərid Qayıbov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin üzvü Aydın Hüseynov və Puta qəsəbə sakinləri iştirak ediblər.

Fərid Qayıbov idman zalı və minifutbol meydançasında yaradılmış şəraitlə tanış olub, burada məşqlərin və yarışların təşkili üçün yaradılan imkanlarla maraqlanıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa olunan zalda voleybol, basketbol, badminton, güləş, boks, gimnastika, stolüstü tennis, bilyard, fitnes və şahmat üzrə məşqlərin və yarışların keçirilməsi üçün müvafiq şərait yaradılıb. Bundan əlavə, kompleksin ərazisində minifutbol meydançası və köməkçi sahələr istifadəyə verilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən " OBA Market"

Ən son

GÜNDƏM

Bakıda küçələrdən birinə Əhməd Yasəvinin adı verilib.

GÜNDƏM

Bakıda küçələrdən birinə Əhməd Yasəvinin adı verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin