Son illərdə Bakıda tez-tez maraqlı “Formula 1” yarışları baş tutur.
Baki-baku.az xəbər verir ki, bu barədə “Alpin” komandasının pilotu Franko Kolapinto Fransa təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.
O, Azərbaycan Qran-prisi ilə bağlı fikirlərini bölüşüb:
“Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm və ümid edirəm ki, burada həftəsonunu yenidən rəqabətədavamlı səviyyədə keçirə biləcəyik. Son illərdə Bakıda tez-tez maraqlı yarışlar keçirilir. Mümkün qədər əlverişli mövqedə olmaq və şanslarımızdan yararlanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Məqsəd yenidən ilk “onluq”da finişə çatmaq və Konstruktorlar Kubokunda rəqiblərimizlə aradakı fərqi azaltmağa davam etməkdir”.
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.