Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2026

Paylaşın

GÜNDƏM

Baki-baku.az-ın baş redaktoru Türkiyə Ədəbiyyat Vəqfinin qurucusunun 100 illik yubiley medalına layiq görülüb

20260922_092719

Sentyabrın 18-də Bakıda Atatürk Mərkəzində Türk dünyası ilə bağlı araşdırmalarına, tədqiqatlarına, kitab və monoqrafiyalarına, elmi-publisistik yazılarına, bədii əsərlərinə görə ölkəmizin bir qrup ziyalısı TÜRKSOY-un və Türkiyə Ədəbiyyat Vəqfinin, Türk Dünyası Şair Qadınlar Şurasının mükafatlarına və medallarına layiq görülüb.

Baki-baku.az xəbər verir ki, Türkiyə Ədəbiyyat Vəqfinin qurucusu Ahmet Kabaklının (Şeyhul Muharririn) 100 illik yubileyi medalına layiq görülənlər sırasında Baki-baku.az-ın baş redaktoru, türkoloq alim Şərəf Cəlilli də yer alıb.

Həmçinin Bakıda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərova, Xalq yazıçısı Çingiz Abdullayevə, Türk Dünyası Alim Qadınlar Şurasının sədri, professor Mahirə Hüseynovaya, Türk Dünyası Şair Qadınlar Şurasının sədri Xuraman Muradovaya, Ədəbiyyat Fondunun baş direktoru, yazıçı-publisist Varis Yolçuyevə də təqdim olunub.

Mükafatlar TÜRKSOY-un Baş katibi Sultan Rayevin, Türkiyə Ədəbiyyat Vəqfinin başqanı Sərhat Kabaklı və Türk Dünyasından gələn 20-yə yaxın şair, alim, yazıçı və ictimai xadimlərin iştirakı ilə təqdim olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin