Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/11/2026

Paylaşın

GÜNDƏM

Sabah Bakıda 29 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Abbasi xəlifəsi Harun ər-Rəşidin xanımı Zibeydə xatun tərəfindən yapılan məhşur Ayn-i Zübeydə su kəməri sayəsində hacılar bu müqəddəs

Ən son

İdman

AFFA tərəfindən Bakı İqlim Həftəsi çərçivəsində Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri üçün

İdman

AFFA tərəfindən Bakı İqlim Həftəsi çərçivəsində Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri üçün
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin