Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədr seçilib.
Baki-baku.az xəbər verir ki, yeni sədr postu Xalq artisti Şəfiqə Məmmədovaya həvalə edilib.
Qeyd edək ki, səsvermə bu gün Nizami Kino Mərkəzində keçirilən konfransda baş tutub.
Xatırladaq ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev vəfat etdikdən sonra sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edirdi.