Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/10/2026

Paylaşın

GÜNDƏM

Xətai rayonundakı zavoddan Xəzər dənizinə çirkab suları axıdılırmı? –AÇIQLAMA

Xətai rayonunun Naxçıvan küçəsində fəaliyyət göstərən pivə zavodu ilə bağlı sosial şəbəkələrdə ciddi ekoloji iddia səsləndirilib. Zavoddan Xəzər dənizinə çirkab suların, həmçinin ətraf ərazidə xoşagəlməz qoxunun yaranmasına səbəb olduğu bildirilən maddələrin buraxıldığı qeyd olunub. Yayılan məlumatlarda sözügedən tullantıların dənizə axıdılmasının ətraf mühit üçün təhlükə yaratdığı vurğulanıb.
Baki-baku.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılıb. İdarədən bildirilib ki, sosial mediada yayılan iddialar yoxlama zamanı öz təsdiqini tapmayıb.
Qurumun məlumatına görə, araşdırma çərçivəsində “Alko LMD Azər Spirt 2024” MMC-nin fəaliyyəti, eləcə də tullantı sularının daşınması ilə bağlı bağlanmış müqavilələr nəzərdən keçirilib. Bununla yanaşı, müvafiq nümunələr götürülüb və məsələ ilə əlaqədar digər aidiyyəti dövlət qurumlarına sorğular göndərilib.
Aparılan araşdırmalar və əldə olunan materialların təhlili nəticəsində zavod tərəfindən dənizə zərərli maddələrin axıdılması faktının müəyyən edilmədiyi bildirilib.
İdarənin açıqlamasında qeyd olunub ki, toplanmış materiallar əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının mərkəzində, Mirzə Ağa Əliyev küçəsində qazılan yol sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

Ən son

SİYASƏT

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik ünvanlayıb.

SİYASƏT

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik ünvanlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin