Bu ilin avqust ayında “Bakı Metropoliteni” QSC ilə 13 milyondan çox sərnişin səfər edib.
Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verib.
Bildirilib ki, bu ilin avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12,22 % az sərnişin daşınıb. Məlumata görə, ötən ayın lideri 1 400 424 sərnişinlə “Koroğlu” stansiyası olub. 3 avqust 548 751 sərnişinlə ayın ən çox sərnişin daşınan günü olub.
Həmçinin qeyd edilib ki, NFC və QR bilet vasitəsilə ümumilikdə 6 802 045 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 53,5 %-ni təşkil edib və iyul ayı ilə müqayisədə 0,5 % artıb.
Eyni zamanda, “Əlçatan metro” xidməti çərçivəsində 79 sifariş icra olunub.