Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/18/2026

Paylaşın

GÜNDƏM

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstandakı səfiri ilə görüşüb

17 avqust 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Azərbaycan Respublikasının Macarıstanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Esmira Cəfərova ilə görüşüb.
Bakı-baku.az xəbər verir ki, fondun rəhbəri Esmira Cəfərovanı təyinatı münasibəti ilə təbrik edərək, ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı türk xalqlarının zəngin mədəni irsinin qorunması, araşdırılması və təbliği yönündə görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Fondun qarşıdakı dövr üçün müəyyən etdiyi istiqamətlər və türk dünyasının ortaq mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına yönəlmiş yeni təşəbbüslər müzakirə olunub.
Professor Aktotı Raimkulova Fondun müşahidəçi dövləti olan Macarıstan ilə əməkdaşlığın genişləndirilməsinin təşkilatın əsas prioritetlərindən biri olduğunu diqqətə çatdıraraq, Macarıstandan olan təmsilçilərin Fondun müxtəlif layihələrində iştirak etdiyi barədə məlumat verib.
Səfir Esmira Cəfərova Fondun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasının Prezidentinin kino sahəsində müəyyən etdiyi siyasətin

Ən son

Mədəniyyət

Bəzən bir rəssamı daha yaxından tanımaq üçün əsərlərinə baxmaq kifayət etmir

Mədəniyyət

Bəzən bir rəssamı daha yaxından tanımaq üçün əsərlərinə baxmaq kifayət etmir
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin