Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən velosiped sürməyi öyrənmək və təhlükəsiz sürüş vərdişlərini inkişaf etdirmək istəyən media nümayəndələri üçün növbəti dəfə ödənişsiz velosiped təlimi təşkil olunur.
Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, təlim avqustun 22-də Hüseyn Cavid Parkında baş tutacaq.
Təlimdə iştirak etmək istəyən jurnalistlər qeydiyyatdan ( https://forms.gle/aTdTdAdAvYZHpbiC6 ) keçməlidir.
Qeyd edilib ki, təlimdə yalnız qeydiyyatdan keçən ilk 30 nəfər media nümayəndəsi iştirak edə biləcək.