Bakının mərkəzində yerləşən meydanlardan birinə Ukraynanın görkəmli şairi və yazıçısı Taras Şevçenkonun adı verilib.
Baki-baku.az xəbər verir ki, sözügedən meydan paytaxtın Nəsimi rayonunda, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində yerləşir.
Meydanda Ukrayna ədəbiyyatının görkəmli nümayəndəsi Taras Şevçenkonun abidəsi ucalır.
Qeyd edək ki, Şevçenkonun Bakıdakı abidəsinin açılışı 2008-ci il iyunun 30-da keçirilib. Abidənin açılışı Azərbaycan-Ukrayna humanitar əlaqələrinin inkişafında əlamətdar hadisə kimi qiymətləndirilib.