Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/06/2026

Paylaşın

GÜNDƏM

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film hazırlanır

WhatsApp Image 2026-08-06 at 10.55.14

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə həsr olunmuş yeni sənədli filmin çəkilişlərinə başlayıb.

Baki-baku.az xəbər verir ki, ekran əsərinin əsas məqsədi Azərbaycanın Zəfər və dirçəliş rəmzinə çevrilən torpaqlarını həm milli iftixar simvolu, həm də post-konflikt ərazilərinin yenidən qurulmasında dünyaya nümunəvi model kimi təqdim etməkdir.

Filmdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq qısa müddətdə bərpa olunan yaşayış məntəqələri, doğma ocaqlarına qayıdan sakinlərin həyatı və aparılan quruculuq işləri real insan hekayələri üzərindən işıqlandırılır.

Çəkilişlər artıq Ağdam, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərində aparılıb. Filmdə yerli sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insanyönümlü prinsiplərə söykənən yeni yaşayış məntəqələri nümayiş olunacaq.

Bununla yanaşı, ekran əsərində ölkənin iqlim dəyişmələri və şəhərsalma üzrə qlobal çağırışlara inteqrasiyası, azad olunmuş ərazilərdə tətbiq edilən innovativ yanaşmalar və “yaşıl enerji” zonalarının yaradılmasına xüsusi diqqət yetirilir.

Qeyd edək ki, film “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsi çərçivəsində ərsəyə gəlir. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yüzdən çox qohumu bir süfrə arxasında birləşdirən ailə ənənəsinin hekayəsi

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin