Nəşr edilmişdir 11/13/2024

Paylaşın

GÜNDƏM

Günəbaxan yağı haqqında çoxlarının bilmədiyi maraqlı faktlar

Günəbaxan

Günəbaxan yağını “omega-6” yağ turşularının yüksək tərkibinə görə çox vaxt faydalı məhsul hesab etmirlər. Lakin norma çərçivəsində istifadə zamanı bu məhsul tamamilə zərərsiz və hətta sağlamlıq üçün faydalıdır.
Baki-Baku.az bu barədə “Daily Mail” nəşrinə istinadən xəbər verir.
Britaniyalı dietoloq Rob Hobson bildirib ki, günəbaxan yağı məşhur kokos və zeytun yağlarına nisbətən daha az doymuş tərkiblidir. Günəbaxan yağının bir porsiyasında təxminən 1.5 q doymuş yağ var, zeytun və kokos yağlarında isə bu göstərici daha yüksəkdir.
“Günəbaxan yağının tərkibindəki “omega-6″nın artıqlığı, kifayət qədər “omega-3″ qəbul edilmədikdə həqiqətən orqanizmdə iltihabi proseslərə səbəb ola bilər. Lakin bu məhsuldan tam imtina əsassızdır. Normal miqdarda günəbaxan yağı tamamilə zərərsizdir”, – deyə o qeyd edib.
Mütəxəssisin sözlərinə görə, yüksək yanma temperaturu (232°C) günəbaxan yağını qızartma üçün əla seçim edir. Müqayisə üçün, zeytun yağında bu göstərici 190-207°C, kərə yağında isə cəmi 150°C-dir.
Qeyd edək ki, günəbaxan yağında bir çox vitaminlər, xüsusilə “E”, “A”, “D” və “F” vitaminləri var. Bundan əlavə, xolesterolu azaltmağa kömək edən “omega-3” və “omega-6” yağ turşuları var. Bu turşulardan əlavə, yağda linolen, linol, palmitin, stearin və miristin yağ turşuları, həmçinin orqanizm üçün dəyərli olan fosfor var.
Aramlı istifadədə günəbaxan yağı orqanizmi infeksiyalardan qoruya bilər. Onun istifadəsi zamanı mədə-bağırsaq traktı və endokrin sisteminin normallaşması ehtimalı yüksəkdir. Bundan əlavə, o, qaraciyərin təmizlənməsinə və iltihabın aradan qaldırılmasına kömək edə bilər. Bu yağ artrit və revmatizmin profilaktikası üçün istifadə olunur. O, ürək və damarların işinə müsbət təsir göstərə, sinir sistemini gücləndirə və beyin fəaliyyətini yaxşılaşdıra bilər. Günəbaxan yağı uşaq dərisinə yaxşı təsir göstərə bilər və hətta bəzi uşaq kremlərinin tərkibinə əlavə edilir. Mütəxəssislərin fikrincə, yağda olan “D” vitamini raxit xəstəliyinin qarşısının alınmasına kömək edir.
Sağlam yetkin insan üçün tövsiyə olunan günəbaxan yağı dozası gündə 20-30 qram, yəni 1-2 xörək qaşığıdır.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seyid İmadəddin Nəsiminin mənəvi əzəmətini, irsini, humanist prinsiplərini, əyilməz iradəsini özündə ehtiva edən “Nəsimi” operasının premyerası bu gün

Ən son

DİGƏR XƏBƏRLƏR

Avropa Kosmik Agentliyi (AKA) NASA ilə birlikdə Günəş səthinin “Solar Orbiter” kosmik aparatı tərəfindən çəkilmiş

DİGƏR XƏBƏRLƏR

İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri – divara lentlə yapışdırılmış banan 6,2 milyon dollara satılıb.Baki-Baku.az

ƏSAS XƏBƏRLƏR

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.Baki-baku.az konfransın