Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/03/2026

Paylaşın

GÜNDƏM

“Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı olub, nazir iştirak edib

Sabunçu rayonunun Bilgəh qəsəbəsində Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin yeni tikilmiş “Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı və Xidmət üçün yeni alınmış texnikaların təqdimatı mərasimi keçirilib.
Bu barədə Baki-baku.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.
Məlumat verilib ki, yeni tikilmiş modul tipli sularda xilasetmə məntəqəsi hər cür vasitələrlə təmin olunub, burada dalğıc-xilasedicilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bundan əlavə, bildirilib ki, dalğıc-xilasedicilərin gündəlik fəaliyyətinin daha səmərəli qurulması məqsədilə hazırda 8-i Bakı şəhəri və Abşeron rayonunda, 12-si isə digər bölgələrdə olmaqla ümumilikdə 20 modul tipli sularda xilasetmə məntəqəsinin tikintisi həyata keçirilir.
Həmçinin, məlumat verilib ki, yeni alınmış texnika və hissələrə 10 ədəd 4 metrlik altı plastik rezin qayıq, 10 ədəd “Yamaha” markalı hidrosikl və bunlar üçün 10 ədəd “Mercury 25” markalı asma mühərrik daxildir. Çevikliyi, istismar cəhətdən sadəliyi və texniki xidmət baxımından rahatlığı ilə seçilən bu texnikalar vətəndaşlarımızın sularda təhlükəsizliyinin təmin edilməsi işinə mühüm töhfə olacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının daim yeniləndiyini, xilasetmə, yanğınsöndürmə və digər təyinatlı ən müasir texnika və avadanlıqların ölkəmizə gətirilərək uğurla tətbiq olunduğunu, şəxsi heyətin gündəlik fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını xatırladan nazir Kəmaləddin Heydərov, insanların sularda təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinin Fövqəladə Hallar Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə işin daha səmərəli təşkili məqsədilə müvafiq tapşırıqlar verib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib.

Ən son

GÜNDƏM

Azərbaycanda iyulun 4-də 36 dərəcə isti gözlənilir.

GÜNDƏM

Azərbaycanda iyulun 4-də 36 dərəcə isti gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin