Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

İQTİSADİYYAT

“Bakı Fond Birjası”nın xalis zərəri 76 %-ə yaxın artıb

"Bakı Fond Birjası"

“Bakı Fond Birjası” QSC (BFB) 2025-ci ili 1,757 milyon manat xalis zərərlə başa vurub.

Baki-baku.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 75,8 % çoxdur.

Ötən il BFB-nin vergiyəqədərki zərəri 1,77 milyon manat (əvvəlki ilə nisbətən 50,6 % çox), mənfəət vergisi ödəmələri üzrə isə 13 min manat (13,8 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə BFB-nin aktivləri 10,937 milyon manat olub ki, bu da illik müqayisədə 3,85 % azdır. Hesabat dövründə Birjanın öhdəlikləri 2,4 dəfə artaraq 3,78 milyon manata çatıb, balans kapitalı isə 20,1 % azalaraq 7,157 milyon manata düşüb.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan “United Credit Bank” ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyulun 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri ilə əlaqədar

Ən son

İdman

Baki-baku.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, dünya cüdosunun ən nüfuzlu yarışlarından biri hesab

İdman

Baki-baku.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, dünya cüdosunun ən nüfuzlu yarışlarından biri hesab
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin