Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

İQTİSADİYYAT

“Bakı Fond Birjası”nın xalis zərəri 76 %-ə yaxın artıb

"Bakı Fond Birjası"

“Bakı Fond Birjası” QSC (BFB) 2025-ci ili 1,757 milyon manat xalis zərərlə başa vurub.

Baki-baku.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 75,8 % çoxdur.

Ötən il BFB-nin vergiyəqədərki zərəri 1,77 milyon manat (əvvəlki ilə nisbətən 50,6 % çox), mənfəət vergisi ödəmələri üzrə isə 13 min manat (13,8 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə BFB-nin aktivləri 10,937 milyon manat olub ki, bu da illik müqayisədə 3,85 % azdır. Hesabat dövründə Birjanın öhdəlikləri 2,4 dəfə artaraq 3,78 milyon manata çatıb, balans kapitalı isə 20,1 % azalaraq 7,157 milyon manata düşüb.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan “United Credit Bank” ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək.

Ən son

HƏR ŞEYDƏN

Abidələr çoxdan ənənəvi postament üzərində ucaldılmış bürünc heykəl anlayışını geridə qoyub

HƏR ŞEYDƏN

Abidələr çoxdan ənənəvi postament üzərində ucaldılmış bürünc heykəl anlayışını geridə qoyub
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin