Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/21/2026

Paylaşın

GÜNDƏM

IDEA Gədəbəydə kütləvi ağacəkmə aksiyası təşkil edib

Gədəbəydə kütləvi ağacəkmə aksiyası, Gədəbəy rayonu, Şahdağ kəndi, IDEA

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyası Gədəbəy rayonunda təşkil edilib.

IDEA İctimai Birliyindən Baki-baku.az-a bildirilib ki, IDEA könüllülərinin iştirakı ilə Gədəbəy rayonunun Şahdağ kəndində 4600 ədəd fıstıq və 2000 ədəd Şərq çinarı ağacı əkilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun (“Yaşıl marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

“Yaşıl marafon” çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrə ümumilikdə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in yaranmasından 120 il ötür.

Ən son

GÜNDƏM

"European Tobacco-Baku" ASC ləğv olunduğunu elan edib.

GÜNDƏM

"European Tobacco-Baku" ASC ləğv olunduğunu elan edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin