Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/17/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub

1776412179218317477

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.
Baki-baku.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlandı.
Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olundu, əlaqələrimizin inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunuldu.
Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirildi.
Maya Sandu vurğuladı ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir.
Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Ən son

İQTİSADİYYAT

Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

İQTİSADİYYAT

Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin