Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/17/2026

Paylaşın

GÜNDƏM

Nərimanov rayonunda qurumuş ağacların yerinə yeniləri əkilib

Nərimanov rayonu

Nərimanov rayonunda qurumuş ağacların yerinə yeniləri əkilib.

Baki-baku.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bununla bağlı jurnalistlərə məlumat verib.

Bildirib ki, bu, istənilən ölkədə, istənilən şəhərdə baş verən normal prosesdir: “Məlumdur ki, ağaclar canlı aləmə məxsusdur, onların da bioloji ömrü var. Biz periodik olaraq ağacların quruması halını müşahidə edirik. Bu hal Nərimanov rayonunda da baş verib. Belə ki, Faiq Yusifov 40 küçəsində, Nərimanov Bələdiyyəsinin müraciəti əsasında, vətəndaşlara təhlükə yaradan quru ağacların götürülməsi ilə bağlı müraciət olunub və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi əsasında müvafiq şərtlər daxilində ağacların götürülməsinə və əvəzinə yeni ağacların əkilməsinə icazə verilib”.

Xidmət rəisi qeyd edib ki, artıq quru ağaclar götürülüb. Bu səhər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həmin ağacların kötükləri çıxarılıb və hazırda yeni ağaclar əkilir. Bir daha qeyd edirəm ki, bu, normal prosesdir və şəhərin yaşıllıq faizinin azalmasından söhbət gedə bilməz”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Ən son

İQTİSADİYYAT

Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

İQTİSADİYYAT

Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin