Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/13/2026

Paylaşın

İQTİSADİYYAT

Bakı Limanında ötən il 8 milyon tondan çox yük aşırılıb

Bakı Limanı

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-də ötən il 8 milyon 192,2 min ton yük aşırılıb.

Baki-baku.az bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 8,1 % çoxdur.

Ümumi yükaşırmanın 5 milyon 587,1 min ton və yaxud 68,2 %-i tranzit yüklərin payına düşüb. O cümlədən, qeyri-neft yükləri üzrə tranzit daşımaların həcmi 9,1 % artaraq 4 milyon 500 min ton təşkil edib.

Ötən il limanda vaqon aşırılması əvvəlki ilə nisbətən 1,7 % azalaraq 36 milyon 9 min ədəd təşkil edib. Vaqonların 229 min ədədi və yaxud 62,1 %-i Bakı-Türkmənbaşı-Bakı, 14 min ədədi və yaxud 37,9 %-i isə Bakı-Kurik/Aktau-Bakı istiqamətində hərəkət edib.

2025-ci ildə irihəcmli nəqliyyat vasitələrinin (TIR) sayı 2024-cü illə müqayisədə 2,9 % artaraq 59,9 min ədəd təşkil edib, bu nəqliyyat vasitələrinin 34,4 min ədədi (57,4 %-i) Bakı-Türkmənbaşı-Bakı, 25,5 min ədədi (42,6 %-i) isa Bakı-Kurık-Bakı istiqamətində daşınıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlandı, ölkələrimiz arasında münasibətlərin genişlənməsi

Ən son

GÜNDƏM

Azərbaycanda martın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

GÜNDƏM

Azərbaycanda martın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin