Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/13/2026

Paylaşın

İQTİSADİYYAT

Bakı Limanında ötən il 8 milyon tondan çox yük aşırılıb

Bakı Limanı

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-də ötən il 8 milyon 192,2 min ton yük aşırılıb.

Baki-baku.az bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 8,1 % çoxdur.

Ümumi yükaşırmanın 5 milyon 587,1 min ton və yaxud 68,2 %-i tranzit yüklərin payına düşüb. O cümlədən, qeyri-neft yükləri üzrə tranzit daşımaların həcmi 9,1 % artaraq 4 milyon 500 min ton təşkil edib.

Ötən il limanda vaqon aşırılması əvvəlki ilə nisbətən 1,7 % azalaraq 36 milyon 9 min ədəd təşkil edib. Vaqonların 229 min ədədi və yaxud 62,1 %-i Bakı-Türkmənbaşı-Bakı, 14 min ədədi və yaxud 37,9 %-i isə Bakı-Kurik/Aktau-Bakı istiqamətində hərəkət edib.

2025-ci ildə irihəcmli nəqliyyat vasitələrinin (TIR) sayı 2024-cü illə müqayisədə 2,9 % artaraq 59,9 min ədəd təşkil edib, bu nəqliyyat vasitələrinin 34,4 min ədədi (57,4 %-i) Bakı-Türkmənbaşı-Bakı, 25,5 min ədədi (42,6 %-i) isa Bakı-Kurık-Bakı istiqamətində daşınıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Yasamal və Səbail rayonlarında, eləcə də Abşeron rayonunun bəzi ərazilərində oktyabrın 30-da təmir işləri ilə əlaqədar elektrik

Ən son

İQTİSADİYYAT

“PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.

İQTİSADİYYAT

“PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin