Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/06/2026

Paylaşın

GÜNDƏM

Prezident Kitabxanasında şair-publisist Tamilla Axundova ilə ədəbi-bədii görüş keçirilib

Tamilla Axundova

Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ali dərəcəli həkim-psixiatr Tamilla Axundovanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii görüş keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Tamilla Axundovanın həm tibb sahəsindəki fəaliyyətinin, həm də bədii yaradıcılığının insan ruhuna toxunan məqamlarından bəhs edib.

Görüşdə Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimləri iştirak edərək müəllifin yaradıcılığı haqqında yüksək fikirlərini bölüşüblər. Tədbirdə çıxış edən Xalq yazıçıları Anar, Elmira Axundova, Xalq rəssamı Fərhad Xəlilov, Xalq artistləri Şəfiqə Məmmədova, Şükufə Yusupova və Faiq Sücəddinov, professorlar Flora Naci, Sevda Məmmədəliyeva, eləcə də Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva, yazıçı-publisist Təranə Məmməd və digər ziyalılar Tamilla Axundovanın yaradıcılığını yüksək qiymətləndirərək qeyd etmişlər ki, müəllifin poeziyasında vətənpərvərlik duyğuları, təbiət obrazları və məişət lövhələri xüsusi yer tutur. Bildirilib ki, onun yaradıcılığında məhəbbət-lirika mövzusu çoxşaxəli şəkildə və zəngin bədii təsvirlərlə öz təcəssümünü tapıb. Eyni zamanda, bu poetik nümunələrin həm psixoloji dərinliyi, həm də bədii-estetik dəyəri dinləyicilərin diqqətinə çatdırılıb.

Görüş musiqili-bədii kompozisiyalarla müşayiət olunub. Bəstəkar-ifaçı Sevinc İbrahimova, sənətşünas Alyona İnyakina və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərovanın ifalarında Tamilla Axundovanın sözlərinə bəstələnmiş mahnıların səsləndirilməsi iştirakçılarda yüksək emosional ovqat yaradıb. Həmçinin, poeziya ilə yanaşı musiqi duyumu ilə də seçilən müəllifin özünün bəstələdiyi romansın ifa olunması qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Mərasimdə rəssamlar Nigar Süleyman və Bəhram Xəlilov, hüquqşünas Fərid Haqverdiyev, həmçinin müxtəlif elm sahələrini təmsil edən Gülarə İmanova, Aybəniz Hacıyeva, Nərgiz Qulubəyova və Nigar Cuvarlinskaya müəllifə öz xoş arzularını çatdırıblar.

Görüş boyu Tamilla Axundova şeirlərini qonaqlar üçün səsləndirib, poeziya nümunələri hər bir çıxış və musiqili nömrə ilə həmahənglik təşkil edərək məclisə xüsusi bir səmimiyyət qatıb.

Sonda müəllif təşkilatçılara və bütün iştirakçılara göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim

Ən son

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin