Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi artıq işıqforla tənzimlənir.
Baki-baku.az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar Mərkəz tərəfindən ərazidə ümumilikdə 13 işıqfor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.
İstifadəyə verilən yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilib.

