Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/12/2026

Paylaşın

GÜNDƏM

“Neft bumu hamıya gülümsəyir” – Milli Gənc Tamaşaçılar Teatrında premyera olacaq

“Neft bumu hamıya gülümsəyir”, Milli Gənc Tamaşaçılar Teatrı

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı yeni tamaşanın məşqləri yekunlamaq üzrədir.

Baki-baku.az xəbər verir ki, tamaşa yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim olunur.

Yeni tamaşanın premyerası 2026-cı il yanvarın 30-da baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssam Çingiz Babayev, xoreoqraf Nigar İbrahimbəyli, sound dizayn Konstantin Soldatov, Platon Soldatov, rejissor Şövqi Hüseynovdur.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Rasim Cəfər, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov, Mehriban Hüseynova, Ceyhun Məmmədov və Natiq Fərzəliyev iştirak edirlər.

Qeyd edək ki, Milli Gənc Tamaşaçılar Teatrının yeni tamaşası Prezidentin Sərəncamından irəli gələn məsələlərin Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planının təmin olunması istiqamətində atılan addımdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı yeni tamaşanın

Ən son

GÜNDƏM

İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin

GÜNDƏM

İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin