Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/03/2026

Paylaşın

GÜNDƏM

Deputat: “İşğaldan azad olunmuş ərazilərlə yanaşı, Bakıda da müasir şəhərsalma prinsipləri tətbiq edilir”

Vüqar Bayramov, "Ağıllı şəhər", "Ağıllı kənd"

Azərbaycan son illər şəhərsalma və memarlıq sahəsində ciddi uğurlar əldə edib. İşğaldan azad olunmuş ərazilərimizdə həm “ağıllı şəhər”, həm də “ağıllı kənd” prinsipinə uyğun olan yaşayış məntəqələrinin bərpası və inkişafı həyata keçirilir. Praktik olaraq, bu gün Qarabağ və Şərqi Zəngəzurda salınan və inşa etdirilən şəhərlərimiz həm də bir modelə çevrilir. Bu, şəhərsalmada yeni bir yanaşma, yeni bir modeldir.

Bu sözləri Baki-baku.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə xarici ekspertlərinin xüsusi vurğuladığı məqamlardan biri məhz işğaldan azad olunmuş ərazilərimizdə yeni texnologiya, yeni yanaşma əsasında şəhərsalmanın genişləndirilməsi və həyata keçirilməsidir:

“Təbii ki, Azərbaycan yalnız işğaldan azad olunmuş ərazilərdə deyil, eyni zamanda digər bölgələrimizdə, o cümlədən paytaxtda da müasir şəhərsalma prinsiplərini tətbiq edir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bir tərəfdən ondan əlaqədardır ki, Azərbaycan bu sahədə kifayət qədər ciddi uğurlar əldə edib və bu uğurlar artıq beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən xüsusi qiymətləndirilib”.

Deputat qeyd edib ki, Azərbaycan növbəti dəfə dünyanın ən böyük toplantılarından birinə ev sahibliyi edəcək və may ayında keçiriləcək toplantı COP29-dan sonra iştirakçı sayına görə ikinci ən böyük tədbir hesab olunur: “Bu baxımdan, təbii ki, bu tədbirdə də Azərbaycanın əldə etdiyi uğurlar və tətbiq etdiyi yanaşmalar təqdim olunacaq. Eyni zamanda, beynəlxalq təcrübənin bölüşdürülməsi də həyata keçiriləcək. 2026-cı il şəhərsalma və memarlıq baxımından Azərbaycan üçün səciyyəvi və fəxr ediləcək illərdən biri olacaq. Azərbaycan bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə yeni və müasir standartlara uyğun şəhərsalma ənənəsini daha da genişləndirəcək”.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin