Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/02/2025

Paylaşın

GÜNDƏM

Şəkidəki hotellərdə 11 ayda 21 mindən çox gecələmə olub

Şəkidəki hotellər, Hotel, Şəki rayonu

Bu ilin yanvar-noyabr aylarında Şəki rayonunda hotellərdə gecələmə sayı 21 mindən artıq olub.

Baki-baku.az-ın Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov bildirib.

Onun sözlərinə görə, 11 ayda hotellərdə gecələyən turistlərin sayı isə 17 mindən artıq olub: “Bizim regionda icmaəsaslı turizm olduğuna, qonaq evləri fəaliyyət göstərdiyinə görə bu rəqəmlər reallığı tam əks etdirməyə bilər”.

Turizm rəsmisi əlavə edib ki, hazırda Şəkidə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir: “Onların ümumi nömrə fondu 830-dan artıqdır. Artıq yerləşmə müəssisələrində hotel kateqoriyasına aid olan 14 müəssisənin xüsusi sifariş forması yazılaraq auditi həyata keçirilib. Bugünkü statistik məlumatlara görə, Şəki şəhərində bir, iki, üç, beş, altı ulduzlu hotellər fəaliyyət göstərir. Digər müəssislər isə ulduz kriteriyasına uyğun gəlmədikləri üçün ulduzla təsnif edilməyib. Bu kriteriya davamlı olaraq dəyişir. Ulduz təsnifatı almayan müəssislər özlərində olan xidmətlər və infrastrukturunda olan dəyişiklər əsasında yerindəcə müraciət edə bilərlər”.

Xanım Aydın

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məhz bu günlərdə Harbin dünyanın buz sənətinin paytaxtına çevrilir — fantaziya ilə reallığın birləşdiyi, tonlarla şəffaf buzun memarlıq
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin