Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/19/2025

Paylaşın

HƏR ŞEYDƏN

“Titanik”in real Cek Dousonunun faciəli məktubu hərraca çıxarılır

“Titanik” faciəsində həyatını itirən, film qəhrəmanı Cek Dousonun real prototipi hesab edilən 21 yaşlı Ernest Tomlinə məxsus məktub satışa çıxarılıb. Hərracda lotun start qiyməti 66 min dollar təşkil edir.

Baki-baku.az bu barədə “Daily Mail”a istinadən xəbər verir.

Məlumata görə, üçüncü sinif sərnişini olan Tomlin əslində “Adriatik” gəmisinə bilet almışdı, lakin səyahət planında dəyişiklik edildiyi üçün o, Sauthemptonda “Titanik”ə keçib. Gənc tələbə ABŞ-a qayıdaraq dinşünaslıq üzrə təhsilini davam etdirməyi planlaşdırırdı.

O, aprelin 10-u saat 15:00-da valideynlərinə beş səhifəlik məktub göndərərək Rozadan ayrıldığı üçün bir sutka ağladığını və doğmalarını tərk etməyin ona ağır gəldiyini yazıb. Tomlin 15 aprel 1912-ci ildə yüzlərlə sərnişinlə birlikdə faciədə həyatını itirib.

Hərrac nümayəndəsi Endru Oldric bildirib ki, Ernestin hekayəsi müəyyən mənada kino obrazı Cek Dousonu xatırladır: “O, üçüncü sinif sərnişini idi, gəmidə qumar oynayırdı və görünür ki, Roza adlı qadına aşiq olub”.

Qəzadan sonra Tomlinin cəsədi tapılıb. Onun üzərində şəxsi gündəliyi də olub — sonuncu qeydi yalnız bir kəlmədən ibarətdir: “Titanik”.

Ailəsi illər boyu onun əşyalarını qoruyub saxlayıb və ilk dəfə olaraq satışa çıxarmağa qərar verib. Hərrac noyabrın 22-də keçiriləcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çıxış edənlər Azərbaycan dilinə dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edib, bu istiqamətdə atılan addımlardan bəhs ediblər.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin