Yasamalda küçədə su borusu partlayıb.
Baki-baku.az xəbər verir ki, 6-cı paralel küçəsində içməli su borusu partlayıb və küçəyə axıb.
“İri Şəhərlərin Su Təchizatı” QSC-dən bildirilib ki, sözügedən ünvana operativ olaraq briqada cəlb olunub. Su xəttində axıntının qarşısı alınıb, hazırda təmir və bərpa işlərinə başlanılır.