Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/06/2026

Paylaşın

ƏDƏBİYYAT

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirilib

Mikayıl Ruhandın “Qapı” kitabı, Mikayıl Ruhan, “Qapı”, Kitab

Ötən gün Libraff mağazalar şəbəkəsinin Park Akademiya filialında şair-filosof Mikayıl Ruhandın “Qapı” kitabının təqdimat mərasimi keçirilmişdir.

Baki-baku.az xəbər verir ki, ədəbiyyat və incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə şair-dramaturq İlqar Fəhmi görüşü açıq elan etmiş, kitabın ön sözünün müəllifiədəbiyyatşünas-şair Dalğa Xatınoğlu, kitabın redaktoru şairə Mənsurə Qaçayqızı çıxışlarla davam etmişdir. Görüşdə fəlsəfə doktoru Müşviq Ötkün,Əməkdar artist Nicat Kazımov, folklorçu alim İşıqlı Atalı və “Real” tv-nin aparıcısı tanınmış jurnalisti İlham Şaban çıxış edərək müəllifin yaradıcılığından, “Qapı” kitabının zəngin mahiyyətindən bəhs ediblər. Daha sonra müəllifə söz verilmiş, imza saatı keçirilmiş və xatirə fotoları çəkilmişdir.

Qeyd edək ki, müəllifin “Elm və təhsil” nəşriyyatında nəşr olunan “Qapı” axtarışların və sualların kitabıdır. Kitabda fəlsəfə, hikmət, varlıq, əxlaq və insanilik kimi vacib anlayışlara toxunulmuş, həmçinin, Qərb filosoflarının və Şərq müdriklərinin həyata, insana, dünyaya münasibətlərinə baxışlar yer almışdır. Kitabda müxtəlif fəlsəfi baxışların qarşılaşdırılması, onların ortaq və fərqli cəhətlərinin araşdırılması insanın həqiqət axtarışlarına yeni məna qazandırır.

“Qapı” kitabının ön sözünün müəllifi Dalğa Xatınoğlu, redaktoru Mənsurə Qaçayqızıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pekin Çin və Azərbaycanın hakim partiyaları arasında institusional əlaqələrin gücləndirilməsi məqsədilə Bakı ilə əməkdaşlığı genişləndirməyə hazırdır.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage”

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage”
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin