Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/06/2026

Paylaşın

GÜNDƏM

Zəfər yürüşü ilə bağlı Bakıda bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Zəfər yürüşü

Bakıda 8 Noyabr – Zəfər Günü ilə bağlı təşkil edilən hərbi qulluqçuların yürüşləri ilə əlaqədar bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Baki-baku.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

I yürüş marşrutu: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz Vağzalı;

II yürüş marşrutu: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;

III yürüş marşrutu: Q.Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;

IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;

V yürüş marşrutu: Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi;

“Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zəfər Günü münasibətilə noyabrın 8-də Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılır.

Ən son

GÜNDƏM

Bakıda 8 Noyabr - Zəfər Günü ilə bağlı təşkil edilən hərbi qulluqçuların yürüşləri ilə əlaqədar

GÜNDƏM

Bakıda 8 Noyabr - Zəfər Günü ilə bağlı təşkil edilən hərbi qulluqçuların yürüşləri ilə əlaqədar
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin