Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/06/2026

Paylaşın

GÜNDƏM

Respublika Uşaq Kitabxanasında Zəfər Günü münasibətilə tədbir keçirilib

Zəfər Günü

5 noyabr 2026-cı il tarixində 8 Noyabr – Zəfər Günü münasibətilə Respublika Uşaq Kitabxanası ilə 1 nömrəli Uşaq İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində maarifləndirici tədbir keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə Mərkəzin müəllimləri və dərnək üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra kitabxana əməkdaşları tərəfindən iştirakçılara Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti haqqında ətraflı məlumat verilib.

Proqram çərçivəsində uşaqların ifasında Vətənə həsr olunmuş şeirlər səsləndirilib. İştirakçılar öz çıxışları ilə doğma torpağa, Vətənə və Zəfərə olan sevgi və qürurlarını ifadə ediblər.

Tədbirin davamında uşaqların iştirakı ilə “Xarıbülbül” mövzusunda yaradıcılıq üzrə ustad dərsi təşkil olunub.

Uşaqların yaradıcı bacarıqlarının nümayiş olunduğu ustad dərsi tədbirə xüsusi rəng qatıb.

Tədbirin əsas məqsədi uşaqlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın artırılması, Azərbaycan tarixinin və mədəni irsinin təbliği, eləcə də Vətənə sevgi və qürur hisslərinin aşılanması olub.

Bu kimi maarifləndirici və yaradıcı tədbirlərin keçirilməsi uşaqların milli kimlik şüurunun formalaşmasına, tarixi yaddaşının möhkəmləndirilməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verir.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pekin Çin və Azərbaycanın hakim partiyaları arasında institusional əlaqələrin gücləndirilməsi məqsədilə Bakı ilə əməkdaşlığı genişləndirməyə hazırdır.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage”

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage”
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin