UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda “Qarabağ”la üz-üzə gələcək İngiltərənin “Çelsi” klubunu tribunalarda təxminən 800 azarkeş dəstəkləyəcək.
Bu barədə Baki-baku.az-a Azərbaycan təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, qonaq komanda üçün iki sektor ayrılıb.
London komandası matçdan bir gün əvvəl, noyabrın 4-də Bakıya gələcək. “Zadəganlar”ın paytaxtda görüşdən əvvəl açıq məşqçi və mətbuat konfransı olmayacaq. “Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərədə jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.