Nəşr edilmişdir 10/09/2024

Paylaşın

XƏBƏRLƏR

Bakının sarı pişiyi

İcranın Pişiyi

Sirr deyil ki, çoxları internetdə mütəmadi olaraq sevimli dostlarımızın, ələlxüsus da pişiklərin videolarına baxırlar. Şən və pozitiv ovqat bəxş etməklə yanaşı, stresi azaltmağa kömək edən bu videoçarxlar insanları gündəlik gərginlikdən az da olsa uzaqlaşdırır. Son zamanlar Bakı küçələrində də çəkilən belə video və şəkillər diqqəti cəlb edir. Ümumiyyətlə, Bakı sakinləri hər zaman pişikləri çox sevib və onlara qayğı göstəriblər. Gəzinti zamanı, parklarda, yol kənarlarında hər zaman tumarlayıb, yemləyiblər.
Bu günlərdə, havalar hələ xoşkən vətəndaşlar daha çox piyada gəzişirlər. Əvvəllər, gərgin həyat ritmində diqqətdən kənar qalan detallara indi fikir verirlər. Bu günlərdə, İçəri Şəhər metrosu yaxınlığında bir sarı pişik xüsusilə diqqətimizi çəkdi. Qızıl rəngə çalan sarı xəzli pişik, səkidə, yolun ortasında, əhvalını pozmadan, məkanın tamhüquqlu sahibi kimi uzanmışdı. Gəlib-gedənlər, işə, məktəbə tələsənlər və ya sadəcə gəzintiyə çıxan sakinlər onu tumarlayır, o isə sakitcə uzanıb, xoş havanın dadını çıxarırdı.
Bir qadın yanından tez keçsə də, sonra ayaq saxlayıb geri qayıtdı və yaxında kiçik bir marketdən pişik yemi alıb həmin qızılı pişiyi səslədi. Pişik yeməyi yedi, sonra Bakı Şəhər İcra Hakimiyyətinin binası önündə özünü nazlana-nazlana günəşə verməyə davam etdi. Onun bu ədası özünəməxsus bir görüntü yaradaraq keçənlərdə “İcranın pişiyi belə olar da” birmənalı qənaətini yaratmış oldu…

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi və Danimarka Texniki Universitetinin alimləri planetimizdə 41 min il əvvəl

XƏBƏRLƏR

Tərcümeyi-halı ilə tarix yaratmaq, Qılıncla Qələmin vəhdətində dövlət qurmaq hər bir qüdrətli şəxsiyyətə nəsib olmur.

MEMARLIQ

Bakımızın rəmzi sayılan Qız Qalası haqqında çoxsaylı əfsanələr və rəvayətlər var. Zaman-zaman onları toplayıb ayrıca