Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/10/2025

Paylaşın

GÜNDƏM

Bakıda müəllimi təhdid edən məktəb direktoru işdən azad edilib

Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva işdən azad edilib.
Bu barədə Baki-baku.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Afaq Əliyevanın səs yazısı yayılmışdı. Direktor həmin səs yazısında məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir. Lalə Şəfaqətova isə direktora bunu etmək istəmədiyini deyir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bildirir ki, Abşeronun xəritəsində ən müəmmalı yerlərdən biri də Qurd qapısı adlanan qaya parçasıdır – elə bil
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin