Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/03/2025

Paylaşın

HƏR ŞEYDƏN

Nan-Madol: Sakit okeanın batmış paytaxtı

Hüdudsuz Sakit okeanın ortasında, kiçik Ponpey adasında planetin ən sirli arxeoloji komplekslərindən biri – Nan-Madol yerləşir. Birbaşa suyun üzərində tikilmiş və nəhəng bazalt bloklarından düzəldilmiş yüzlərlə süni adacıqlardan ibarət bu şəhər müasir dövrümüzdə də alimlərin təxəyyülünü heyrətləndirir.

Baki-baku.az-ın xəbərinə görə, meqalitik tikililər o qədər nəhəngdir ki, onların daşınması və yerləşdirilməsi müasir texnologiyalarla belə tam izah edilə bilmir.
Alimlər Nan-Madol-u “Sakit okeanın Venesiyası” adlandırırlar, lakin İtaliyanın incisi olan Venesiyadan fərqli olaraq, bu şəhər yüz illər öncə tərk edilmiş və tədricən cəngəlliklərin, dəniz yaşıllıqlarının ağuşunda gizlənib.

Yerli əfsanələrdə bu şəhərin inşası zamanı iri daşların sehr vasitəsilə cadugər tərəfindən hərəkət etdirilməsi bildirilir, arxeoloqlar isə ehtimal edirlər ki, qarşımızda qədim, yüksək inkişaf etmiş bir sivilizasiyanın izləri dayanır və həmin sivilizasiya bizə yalnız daş istehkamlarını miras qoyub.
Bu gün Nan-Madol UNESCO-nun Dünya irsi siyahısına daxil edilib və yalnız turistlərin deyil, həm də dünyanın hər yerindən alimlərin diqqətini cəlb edir, çünki bu “ruhlar şəhəri” qədim insanlarımızın müasir dövrdən çox-çox əvvəl necə inanılmaz bilik və texnologiyalara sahib ola biləcəyini anlamaq üçün açar rolunu oynayır.

Hacı Cavadov

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sürücülərə müraciətində bildirilib.

Ən son

HƏR ŞEYDƏN

İydə — həm qədim ənənələrdə, həm də müasir təbabətdə özünəməxsus yeri olan bir meyvədir.

HƏR ŞEYDƏN

İydə — həm qədim ənənələrdə, həm də müasir təbabətdə özünəməxsus yeri olan bir meyvədir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin