Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/01/2025

Paylaşın

GÜNDƏM

Bakıda mənzillərin bahalaşmasına təsir edən SƏBƏBLƏR

IMG-20251001-WA0196

Son illərdə Bakıda mənzil bazarında qiymətlərin davamlı şəkildə yüksəlməsi müşahidə olunur.

Baki-baku.az-ın məlumatına görə, bu artım təkcə yerli səbəblərlə izah olunmur, həm də beynəlxalq və regional proseslərin təsiri ilə formalaşır.

Ukrayna müharibəsi bütün postsovet məkanında daşınmaz əmlak bazarına birbaşa təsir göstərib. Müharibədən qaçan ukraynalıların, həmçinin Rusiyadan köç edənlərin bir hissəsi Cənubi Qafqaz ölkələrinə üz tutub. Bakı ilə yanaşı, Tiflis və İrəvanda da mənzil bazarında tələbin artması müşahidə olunub. Tələbin kəskin yüksəlməsi isə qiymətlərin qalxmasına səbəb olub. Beləliklə, regional miqrasiya dalğası Bakıda mənzillərin bahalaşmasına mühüm təsir göstərən amillərdən biri kimi çıxış edib.

Eyni zamanda Bakının müxtəlif ərazilərində köhnə binaların sökülməsi və onların yerində yeni yaşayış komplekslərinin inşası da qiymət artımını sürətləndirən faktorlardandır. Çünki söküntü nəticəsində bazarda mövcud mənzillərin sayı azalır, tələbat isə əvvəlki səviyyədə qalır. Bu isə müvəqqəti olaraq təklif-tələb balansını pozur və qiymətlərin bahalaşmasına gətirib çıxarır.

Bundan əlavə valyuta məzənnələrinin dəyişməsi, tikinti materiallarının idxaldan asılı olması və dünya bazarında qiymət artımı mənzil qiymətlərinə təsir göstərir. Xarici vətəndaşların axını kirayə mənzillərə olan tələbi də artırır ki, bu da ümumi bazara təzyiq yaradır.

Dövlətin ipoteka dəstəyi müəyyən qədər əlçatanlıq yaratsa da, nəticədə əlavə tələbat formalaşdıraraq qiymət artımına səbəb olur. İnfrastrukturun daha yaxşı olduğu mərkəzi ərazilərdə tələbin yüksəkliyi qiymətləri əlavə olaraq qaldırır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib

Ən son

Mədəniyyət

Oktyabrın 24-də Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə “Torpaq” adlı qrup sərgisi açılacaq.

Mədəniyyət

Oktyabrın 24-də Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə “Torpaq” adlı qrup sərgisi açılacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin